Seminar
In person
AI dövründə Data Engineer olmaq üçün haradan başlamaq lazımdır?
AI erasında Data Engineer-in rolu necə dəyişir ✅ Karyera dəyişikliyi üçün lazım olan bacarıqlar ✅ 20 dəqiqəlik PRAKTİKİ hissə — bir ssenari üzərindən Data Engineer-in iş günündə hansı tapşırıqları gördüyünü canlı izləyəcəksən ✅ Sual-cavab
Spiker
Əhəd Məmmədli
Baş Data Mühəndisi
Şənbə, 17 Okt 2026
13:30 – 15:00
Ingress Academy
Kurs haqqında
AI erasında Data Engineer-in rolu necə dəyişir?
Süni intellekt və avtomatlaşdırmanın sürətlə inkişaf etdiyi bir dövrdə Data Engineer-lərin işi necə dəyişir? Bu sahədə karyera qurmaq və ya mövcud karyeranızı Data Engineering istiqamətində inkişaf etdirmək üçün hansı bacarıqlara ehtiyac var?
Seminarda bu və digər suallara cavab tapacağıq.
Seminarda nələrdən danışılacaq?
✅ AI erasında Data Engineer-in rolu
Data Engineering sahəsində süni intellektin yaratdığı dəyişikliklər və gələcəkdə Data Engineer-ləri hansı yeni imkanların gözlədiyi.
✅ Karyera dəyişikliyi üçün lazım olan bacarıqlar
Data Engineer olmaq istəyənlərin hansı texniki və praktiki biliklərə sahib olması və karyera keçidinə haradan başlamalı olduğu.
✅ 20 dəqiqəlik PRAKTİKİ hissə
Real bir ssenari üzərindən Data Engineer-in iş gününü yaxından izləyəcəyik. Məlumatların toplanması, emalı, pipeline-ların qurulması və digər iş tapşırıqlarının necə həyata keçirildiyini canlı şəkildə görəcəksiniz.
✅ Sual-cavab
Data Engineering, karyera keçidi və sahə ilə bağlı suallarınızı birbaşa mütəxəssisə ünvanlaya bilərsiniz.
Əgər Data Engineering sahəsinə keçməyi düşünürsünüzsə və ya bu istiqamətdə özünüzü inkişaf etdirmək istəyirsinizsə, bu seminar sizin üçün faydalı olacaq.